Modern.az

Yaponiyanın yeni baş naziri Baydenlə DANIŞDI

Yaponiyanın yeni baş naziri Baydenlə DANIŞDI

Aktual

5 Oktyabr 2021, 08:30

Yaponiyanın baş naziri Fumio Kisida və ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı baş tutub.

 

Modern.az-ın  məlumatına görə, bu barədə Fumio Kisida telefon danışığının yekunları üzrə jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, telefon danışığı təxminən 20 dəqiqə davam edib: "Yaponiya-ABŞ ittifaqını gücləndirməyə, azad və açıq Hind-Sakit okean bölgəsi konsepsiyasının həyata keçirilməsi üzərində çalışmağa hazır olduğumuzu təsdiqlədik".

 

Baş nazir bildirib ki, C.Bayden Təhlükəsizlik Müqaviləsinin 5-ci maddəsinə əsasən Yaponiyanı müdafiə edəcəyinə dair öhdəliyini bir daha təsdiqləyib.

F.Kisida həmçinin Çin, KXDR, koronavirusla mübarizə məsələləri üzrə əməkdaşlığı davam etdirməyə razılaşıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı