Modern.az

Xarici universitetdə Heydər Əliyevlə bağlı elmi iş hazırlanıb

Xarici universitetdə Heydər Əliyevlə bağlı elmi iş hazırlanıb

Aktual

5 Oktyabr 2021, 12:40

Türkiyənin Marmara Universitetində Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevlə bağlı “Azerbaycan Cümhuriyetinin Kurulma Sürecinde Haydar Aliyev və fikirleri” adlı elmi iş yazılıb.

 

Bu barədə Modern.az-a elmi işin müəllifi Səhər Yıldız məlumat verib.

 

O, qeyd edib ki, bundan əvvəl də həmişə tarixlə, xüsusən də türk tarixi ilə çox maraqlanıb.

 

“Ona görə də universitetdə tarix fakültəsini oxudum.  Bakalavr təhsilimdə marağım Türk Dünyası tarixinə yönəldi və magistr dərəcəmdə bu sahədə ixtisaslaşmaq üçün Ümumi Türk Tarixi fakültəsini seçdim. Dünyanın bir parçası olan və  Türk Dünyasında önəmli yer tutduğu üçün Azərbaycan tarixinə xüsusi diqqət ayırırdıq. Bu mövzuda bakalavr və magistr təhsili alarkən Prof.Dr. Nesrin Sarıahmetoğlu və Prof.Dr.Okan Yeşilot müəllimlərimizdən dərs alırdıım.

 

Türk dünyasının böyük siması Heydər Əliyev barədə elmi işim isə hörmətli müəllimim Prof.Dr.Okan Yeşilotun rəhbərliyi və dəstəyi ilə baş verdi. Türk Dünyasının önəmli şəxsiyyətləri ilə bağlı bir araşdırma etmək istədim, amma ağlımda bir ad yox idi. Heydər Əliyevin həm sovet dövrü, həm də müasir Azərbaycan tarixində mühüm yeri var.  Onun haqqında Türkiyədə  araşdırmalar aparılıb. Ancaq bunlar əsasən siyasi xarakter daşıyıb və Heydər Əliyevin Türk Dünyası ilə bağlı etdiklərinin tam olaraq cəmiyyətlərimizə çatdırılmadığını hiss edirdik”.

 

Səhər Yıldız deyir ki, elmi işdə Heydər Əliyevin fikir dünyasını araşdırmaq istəyiblər.

 

“Heydər Əliyevlə bağlı tədqiqatlar əsasən siyasi yönümlü idi.  Bizim araşdırma isə onun İslam və İslam Dünyası, Türkiyə və Türk Dünyası, Ana dili və Türk dili, Rusiya və MDB, Sovet İttifaqı, Xəzərin və Qarabağın statusu haqqında fikirlərindən ibarətdir.  Elmi bələdçi Prof.Dr.Okan Yeşilotdur. O, Azərbaycan tarixi ilə bağlı mühüm tədqiqatları olan tanınmış tarixçidir”.

 

Mövzu ilə bağlı Azərbaycanla əlaqəyə girməsinə gəlincə Səhər Yıldız deyib ki, elmi işi tam hazırdır və bu günə qədər Azərbaycanla təmasa keçməyib: “Bu elmi işin gündəmə gəlməsi böyük şəxsiyyət Heydər Əliyevin fəaliyyətindən qaynaqlanır. Biz də bu mənada özümüzü dahi şəxsiyytə borclu hesab edərək, onun gördüyü işləri gücümüz daxilində akademik şəkildə cəmiyyətə çatdırmağa, arxivləşdirməyə çalışdıq. Buna nə qədər nail olduq, təbii ki, oxucular qiymət verəcək”.

 

Humay İsgəndərova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı