Modern.az

Türkiyə səfiri Polad Həşimovun anasının əlindən öpdü - FOTO

Türkiyə səfiri Polad Həşimovun anasının əlindən öpdü - FOTO

Aktual

5 Oktyabr 2021, 13:40

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun evini ziyarət edib, anası Səmayə Həşimova ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə səfir özünün tvitter hesabında paylaşım edib.

 

“Şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük. Türk bayrağını hədiyyə etdik və xeyir-duasını aldıq. Səmayə xanım dedi ki, Allah türk millətini qorusun. Cənab Ərdoğana və türk millətinə salamlarımı çatdırmağımı xahiş etdi. Baş üstə cavabını verdim”, - diplomat bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!