Modern.az

27 yaşlı itkin AXTARILIR

27 yaşlı itkin AXTARILIR

Aktual

23 Oktyabr 2021, 12:04

Ağstafa rayonunda qeydiyyatda olmaqla paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində yaşayan  27 yaşlı Günay Nəsibova itkin düşüb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.

Onun  həyat yoldaşı polisə ərizə yazaraq bildirib ki, 22 oktyabr 2021-ci il tarixində səhər saat 11 radələrində evdən çıxıb və axşam yaşadıqları ünvana qayıdan zaman G.Nəsibovanı orada olmadığını müəyyən edib.

 

 

Axtarışları nəticə vermədiyi üçün o, bu barədə polisə məlumat verib. Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Səbail  Rayon Polis İdarəsinə (012) 491-02-02 və 012-437-02-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.   

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı