Modern.az

Gülər Əhmədova: “Mən heç kimi hədələmirəm, nəsihət verirəm”

Gülər Əhmədova: “Mən heç kimi hədələmirəm, nəsihət verirəm”

Aktual

30 Noyabr 2012, 10:31

Sabiq deputat Gülər Əhmədova sosial şəbəkə vasitəsilə KIV redaktorlarına müraciət edib.
Modern.az-ın məlumatına görə, Gülər Əhmədova bildirib ki, özünün Facebook səhifəsində paylaşdığı statuslar bəzi redaktorlar tərəfindən yanlış anlaşılır və onlar bundan xəbər düzəldərkən düzgün başlıq seçmirlər.

“Hörmətli redaktorlar, başlıq seçəndə sözlərin hansı anlama gəldiyinə fikir verin. Kiməsə yediyi çörəyə tüpürməmək, salam-kalama hörmət etməyi məsləhət görmək nə vaxtdan hədə olub?  Mən başa düşürəm ki, sizə tapşırıblar ki, Gülər Əhmədovanın "ifritə", “baba yaqa" obrazını yaradın. Alınmır eee, alınmır 10 illərlə  yetim-yesirin dalınca gəzən, hüququ tapdalanmış qadınlara, uşaqlara arxa durmuş Gülər Əhmədovaya bunlar yapışmır. Kimlərəsə "ağıllı olun" demək nəsihətdir, hədə deyil” -deyə sabiq deputat bildirib.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı