Modern.az

Türkiyə ilə Azərbaycan birgə İnstitut yarada bilər

Türkiyə ilə Azərbaycan birgə İnstitut yarada bilər

Aktual

13 Noyabr 2021, 12:26

Azərbaycan və Türkiyənin birgə Hidrogen Araşdırmaları İnstitutunun yaradılmasını təklif edəcəyik.

 

Modern.az-ın məlumatına görə, bunu Beynəlxalq Biznes Forumun (IBF) prezidenti, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təsisçisi Erol Yarar Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və MÜSİAD-ın birgə mətbuat konfransı zamanı deyib.

 

"Bildiyiniz kimi qarşıdakı 20-30 il ərzində neftdən əldə olunan enerjinin azaldılması nəzərdə tutulur. Amma neftin yerinə hidrogen enerjisindən istifadə edilməsi gündəmdədir. Bu baxımdan Azərbaycan və Türkiyənin birgə Hidrogen Araşdırmaları İnstitutunun yaradılmasını təklif edəcəyik. Hidrogenin iki əsas qaynağı var. Həm sudan alınır, həm də neftdən. Dünyanın qabaqcıl ölkələri bunun araşdırılması üçün milyardlarla dollarlıq büdcə ayırır", - deyə IBF prezidenti vurğulayıb.

 

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!