Modern.az

Rusiyada koronavirusa yoluxanlar 9 milyonu keçdi

Rusiyada koronavirusa yoluxanlar 9 milyonu keçdi

Aktual

13 Noyabr 2021, 13:38

Rusiyada koronavirusa yoluxanların sayı 9 milyon nəfəri ötüb.

 

Modern.az-ın məlumatına görə, son sutka ərzində 39 256 nəfər koronavirusa yoluxub.

Daha 1 241 nəfərin ölümü qeydə alınıb. Bu, pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub. Xatırladaq ki, bir gün əvvəl 1 235 nəfər həyatını itirmişdi.

 

Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 9,03 milyon nəfəri ötüb. Ölənlərin sayı isə 254 167 nəfərə çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!