Modern.az

Goranboyda meyit hissələri TAPILDI

Goranboyda meyit hissələri TAPILDI

Aktual

13 Noyabr 2021, 14:32

Noyabrın 13-ü saat 12 radələrində Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı rayon prokurorluğuna məlumat daxil olub.

 

Xocalı rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyit fraqmentlərinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Hazırda meyitin şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!