Modern.az

İranda daha 124 nəfər koronavirusdan öldü

İranda daha 124 nəfər koronavirusdan öldü

Aktual

13 Noyabr 2021, 14:55

İranda ötən sutka ərzində 124 nəfər koronavirusdan (COVID-19) ölüb, 4 306 nəfər yoluxub.

 

Modern.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

 

Bununla da İranda bu virusdan ölənlərin sayı 128 042 nəfərə, yoluxanların sayı isə 6 031 575 nəfərə çatıb. Virus daşıyıcılarından 3 533 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Ölkədə indiyədək 5 683 458 nəfər koronavirusdan sağalıb, 36,9 milyondan çox diaqnoz testi həyata keçirilib

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?