Modern.az

Bakı Dövlət Sirkində Zəfər sərgisi - FOTOLAR

Bakı Dövlət Sirkində Zəfər sərgisi - FOTOLAR

Aktual

13 Noyabr 2021, 14:00

Bakı Dövlət Sirkində Zəfər sərgisi təşkil olunub.

 

Modern.az xəbər verir ki, sərgi  Bakı Dövlət Sirkinin  təşəbbüsü  ilə gerçəkləşib.

 

Bakı Dövlət Sirkinin orkestr heyəti “Heyratı -Zərb”  muğamını ifa edərək sərginin açlışını ediblər.

 

Sərgiyə Dövlət Rəsm Qaleriyası və Caspian Awards  (Kaspian Avards)  da dəstək verib.

 

“Zəfər rəssamların gözü ilə” sərgisinin əsas ziyarətçiləri şəhid və qazi ailələri  olub.

 

44 günlük Vətən savaşında iştirak edən qəhrəmanlarımız döyüş təsüratlarını qonaqlarla bölüşüblər.

 

Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov tədbirdə iştirak edən şəhid və qazi ailələrinə  təşəkkürünü bildirib və onları “Hünər Meydanı” adlı sirk proqramına baxmağa dəvət edib.

 

Bundan başqa, “Şəhid övladlarının Zəfər Sədası”  xor dəstəsi də sərgi iştirakçıları üçün öz kliplərini təqdim ediblər. Onların layihə rəhbəri  Həcər Əkbərova  da sərgidə  fikirlərini bölüşüb.

 

Tədbir iştirakçıları arasında Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini Rauf  Umud da çıxış  edib.

 

Sərgiyə   “ASAN” Könüllülər Təşkilatının “Əsgərə məktub” layihəsi də  dəstək verib, ziyarətçilər və Bakı Dövlət Sirkinin kollektivi əsgərlərimizə məktub yazıblar.

 

Qeyd edək ki, sərgidə mövzusu Zəfər Günümüzdən bəhs edən 15-ə yaxın peşəkar rəssamların  əsərləri sərgilənib.

 

Xatırladaq ki, Bakı Dövlət Sirki  Zəfər Günü ilə əlaqədar olaraq  silsilə tədbirlərə start verib.

 

Bu tədbirlər sırasında “Dəmir yumruq” kompozisiyasının təqdimatı, Zəfər Yürüşü  də yer alıb.

 

“Zəfər rəssamların gözü ilə” sərgisi iki gün davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?