Sumqayıtda bu gün itkin düşən 13 yaşlı yeniyetmə tapılıb.
Modern.az xəbər verir ki, bu barədə itkin düşən Elcan Quliyevin atası məlumat yayıb.
E. Quliyev deyib ki, Səbail Rayon Polis İdarəsindən zəng edərək oğlunun Bakıda Dənizkənarı Bulvar ərazisində aşkar olunduğu bildirilib: "Hazırda uşağı təhvil almaq üçün polis idarəsinə gedirik".
***
19:14
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda itkin düşən 13 yaşlı oğlanla məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Sumqayıt şəhəri, 12-ci kvartal adlanan ərazidə 13 yaşlı Quliyev Elcan Elmar oğlunun itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub.
“Hazırda Elcan Quliyevin tapılması istiqamətində polis əməkdaşları tərəfindən intensiv-axtarış tədbirləri davam etdirilir”, - deyə məlumatda qeyd olunub.
***
18:46
Sumqayıtda 13 yaşlı oğlan itkin düşüb.
Modern.az-ın məlumatına görə, Sumqayıt şəhəri, 12-ci kvartal deyilən ərazidə yaşayan 13 yaşlı Elcan Quliyev bu gün 12:15 radələrində evdən çıxaraq repetitor yanına gedib.
Yeniyetmənin atası Elmar Quliyev APA-ya bildirib ki, günorta saat 13:00-da müəllim zəng edərək Elcanın gəlmədiyini deyib. Bir müddət sonra onun mobil telefonu əks istiqamətdə, 48-ci kvartal adlanan yerdə tapılıb.
Onu görən şəxslərdən polisə məlumat vermələri və ya (055) 258-39-01, (070) 422-91-94 əlaqə nömrələrinə zəng etmələri xahiş olunur.