Modern.az

Taekvondoçumuz erməniyə qalib gəldi - Çempion oldu

Taekvondoçumuz erməniyə qalib gəldi - Çempion oldu

Aktual

13 Noyabr 2021, 21:51

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc taekvondoçular arasında Avropa birinciliyi davam edir.

 

Modern.az xəbər verir ki, yarışın ilk günündə 1 medal qazanan Azərbaycan millisi bu gün aktivinə daha 2 mükafat əlavə edib.

 

Komandamızds Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla, Azərbaycan himnini səsləndiriblər.

 

Dadaşov startda Zak Sarsozanı (Böyük Britaniya) məğlub edib. O, ardınca müvafiq olaraq, polşalı Mateus Çrzanovskiyə, gürcüstanlı Aqil Əhmədova və türkiyəli Emre Tasa qalib gəlib. Səyyad finalda Rusiyanı təmsil edən erməni əsilli Leon Eloyanı məğlub edərək Avropa çempionu olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?