Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 215 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 347 426 nəfərdən test götürülüb, onların 22 583-nün testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 25 254 nəfəri sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 89,92%-nə bir doza, 79,90%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.
Akif İsmayılov