Modern.az

Gürcüstan müxalifətindən aksiya

Gürcüstan müxalifətindən aksiya

Aktual

14 Noyabr 2021, 09:27

“Milli Hərəkat”ın təşkilatçılığı ilə bu gün müxtəlif etiraz aksiyaları keçiriləcək.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə ötən gecə parlament binası qarşısında keçirilən mitinqdə "Vahid Milli Hərəkat" Partiyasının sədri Nika Melia açıqlama verib.

 

Melia qeyd edib ki, mitinqlər Tbilisidə, həm də digər regionlarda keçiriləcək:

 

“Sabah Tbilisidə bir neçə mühüm mitinqlər keçiriləcək və təkcə bu Tbilisidə deyil, bir sıra regionlarda da baş tutacaq, indi bu barədə açıqlama etmirik, lakin səhər bütün bunları görəcəksiniz. Çox yaxşı haldır ki, müxtəlif vətəndaş qrupları da müxalifət partiyalarına qoşulub. Onlar oğurlanmış seçkiləri geri qaytarmaq və növbədənkənar seçkilər təyin etmək üçün, bizimlə birgə mübarizə aparırlar", - deyə N. Melia bildirib. Onun sözlərinə görə, sabah "Ayıbdır" hərəkatının təşkilatçılığı ilə etiraz aksiyası parlament önündə davam etdiriləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?