Bir neçə gün öncə bütün dünyanın gözü İstanbulda idi. Türk Dövlətləri Şurası (TDŞ) özünün səkkizinci Zirvə Görüşündə öz sıralarına yeni üzv dövlətlər əlavə etdi. Bundan sonra Türkmənistan da TDŞ-da müşahidəçi statusunda təmsil olunacaq.
Bəs türk dünyasının ortaq mediası, xüsusən də Azərbaycan mediası bundan sonra türk xalqlarının bir-birinə inteqrasiyası, əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində hansı addımları atmalıdır?
Ümumiyyətlə, türk ölkələrinin çəkici eyni nöqtəyə vuran mediaları bundan sonra bəhs olunan istiqamətdə görəvləri, vəzifələri nələrdən ibarət olacaq?
Modern.az MediaTürk TV-yə istinadən xəbər verir ki, "Türküstan gündəmi" verilişində bununla bağlı türkdilli ölkələrin jurnalistləri ətraflı fikir mübadiləsi aparıblar.
Verilişdə Azərbaycanla yanaşı, Qazaxıstan və Türkiyədən olan jurnalistlər də bundan sonra türk xalqlarının inteqrasiyası istiqamətində görülməli olan işlərdən, qarşıdakı planlardan danışıblar.