Modern.az

Kubadan "Tvitter"ə ittiham

Kubadan

Aktual

14 Noyabr 2021, 11:17

Kubanın Xarici İşlər Nazirliyi “Twitter” sosial şəbəkəsini ölkədəki vəziyyəti təhrif etməkdə ittiham edib.

 

Modern.az "CNN"ə istinadən xəbər verir ki, nazir Bruno Rodriqes Parrilya bildirib ki, “Twitter” ölkədəki sabitliyi pozmaq üçün müxtəlif alqoritmlərdən istifadə edir.

 

“Alqoritmlərlə kobud manipulyasiya edilərək ölkə əhalisinin çoxunun hökumətdən narazı olduğu barədə təsəvvür yaradılır” deyə diplomat əlavə edib.

 

Qeyd edək ki, bir müddət əvvəl nazir “Facebook”a qarşı da oxşar ittihamlar səsləndirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?