Modern.az

Paşinyan yeni naziri kollektivə təqdim etdi

Paşinyan yeni naziri kollektivə təqdim etdi

Aktual

15 Noyabr 2021, 17:52

Ermənistanın baş naziri Nikol Paşinyan yeni müdafiə naziri Suren Papikyana silahlı qüvvələrin ali rəhbərliyini təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

 

Paşinyan onu da qeyd edib ki, bu gün Ermənistanda müdafiə naziri postu ən həssas postlardan biridir. Bu kontekstdə müdafiə idarəsinə rəhbərlik etməyə qərar verən Papikyana təşəkkür edib:

 

“Silahlı Qüvvələr ən böyük dövlət strukturudur və o, effektiv olmalıdır və qərarlar strateji və hərbi ehtiyaclarla şərtləndirilmiş əsaslıdır".

 

Karapetyan öz növbəsində həmkarlarını yeni naziri dəstəkləməyə çağırıb. O, əmindir ki, Papikyan hökumətin təsdiq etdiyi bütün proqramları həyata keçirə biləcək. Eyni zamanda o, Suren Papikyana şəxsən məsləhət verməyə hazır olduğunu bildirib.

 

Suren Papikyan Ermənistan prezidentinin bu il 15 noyabr tarixli fərmanı ilə Ermənistanın müdafiə idarəsinin rəisi təyin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?