Modern.az

Hərbi hüquq ekspertləri arasında GÖRÜŞ

Hərbi hüquq ekspertləri arasında GÖRÜŞ

Aktual

15 Noyabr 2021, 19:11

Azərbaycan Müdafiə Nazirliyi ilə Almaniya Federal Müdafiə Nazirliyi arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən noyabrın 15-də Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin görüşü keçirilib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

"Hərbi hüquq üzrə ekspert görüşü"ndə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi keçirilib, inzibati icraatın və xidməti araşdırmaların aparılması, hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və bir sıra digər məsələlər müzakirə olunub.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?