Ermənistan və Azərbaycan gərginliyi azaltmaq üçün səy göstərməlidir. Modern.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), İqor Xovayev (Rusiya) və Bris Rokfiyin (Fransa) bəyanatında deyilir.
Həmsədrlər regionda, o cümlədən Ermənistan və Azərbaycan sərhədində baş verən insidentlərdən “dərin narahatlığını ifadə edir” və tərəfləri vəziyyətin deeskalasiyası üçün konkret addımlar atmağa, aqressiv bəyanatlardan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə, tam şəkildə 10 noyabr 2020-ci il bəyanatında, eləcə də digər atəşkəs razılaşmalarında üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırıblar.
Onlar qeyd ediblər ki, gərginliyin artması Qarabağ üzrə bütün qalan məsələlərin həlli üçün danışıqlara ehtiyac olduğunu vurğulayır. Həmsədrlər tərəfləri Ermənistan və Azərbaycan XİN rəhbərlərinin himayəsi altında keçirilən Nyu-York və Parisdə görüşlərində əldə edilmiş irəliləyişi gücləndirməyə çağırıblar.