Modern.az

Aktivləri olan qazi və şəhid ailələrinin SAYI

Aktivləri olan qazi və şəhid ailələrinin SAYI

Aktual

19 Noyabr 2021, 14:16

“Artıq 5932 nəfər özünəməşğulluq proqramlarına cəlb olunaraq aktivlərlə təmin edilib”.

 

Modern.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.

 

O bildirib ki, söhbət şəhid ailələri üzvlərindən, qazilərdən və Vətən müharibəsi iştirakçılarından gedir:

 

“Məşğulluq marafonu həyata keçirilir. Artıq 600 işə götürən bu məsələyə cəlb olunub və 3500-dən çox vakansiya elan olunub. Bu vakansiyalardan artıq 1103 nəfər yararlanıb”.

 

“Ötən il qazilərimiz, şəhid ailələri 1500 mənzil və fərdi ev ilə təmin edilib. Bu il isə hədəf 3000 mənzildir, artıq 1850 mənzil və fərdi evin verilməsi təmin edilib.  Eyni zamanda ötən il 400, bu il 150 qazi avtomobil ilə təmin edilib. Ümumilikdə bu müddət ərzində Azərbaycanda 7350 avtomobil müharibə əlillərinə təqdim edilib” - ,deyə A.Bayramov qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?