Modern.az

Yoxlama aparılan xəstəxanaların SAYI

Yoxlama aparılan xəstəxanaların SAYI

Aktual

19 Noyabr 2021, 14:34

“Son aylarda 10-dan çox rayon mərkəzi xəstəxanasında əlillik təyinatı ilə bağlı çoxsaylı yoxlamalar aparılıb”.

 

Modern.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.

 

O bildirib ki, göndərişlərin rəsmiləşdirilməsi ilə bağlı aparılan yoxlamalarda Ekspertiza komissiyasının əməkdaşları iştirak ediblər.

 

“Məqsəd proseslərin, sistemin daha da təkmilləşməsinə nail olmaqdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!