Modern.az

Rusiyada növbəti antirekor - 1254 nəfər koronavirusdan öldü

Rusiyada növbəti antirekor - 1254 nəfər koronavirusdan öldü

Aktual

19 Noyabr 2021, 14:58

Rusiyada koronavirusdan ölüm hallarında üçüncü gündür ki ardıcıl antirekord qeydə alınır.

 

Modern.az-ın məlumatına görə, son sutka ərzində 1 254 nəfər koronavirusdan vəfat edib.

 

Bu, pandemiya dövründə Rusiyada qeydə alınan növbəti ən yüksək göstərici olub. Bir gün əvvəl 1 251 nəfər virusun qurbanı olmuşdu.

 

Eyni zamanda ölkədə son sutkada 37 156 nəfər koronavirusa yoluxub.

 

Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 9,25 milyon nəfəri ötüb, ölənlərin sayı isə 261 589 nəfər təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?