Modern.az

Ali Məhkəmədən 4 "Nida"çıya BƏRAƏT

Ali Məhkəmədən 4

Aktual

19 Noyabr 2021, 15:40

Noyabrın 19-da Ali Məhkəmənin Plenumu ictimai fəallar ("Nida"çılar) Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin işi üzrə qərar çıxarıb.

 

Modern.az xəbər verir ki, vəkil Əsabəli Mustafayevin yaydığı məlumata görə, fəallara bəraət verilib, dövlət onlara ümumilikdə 188 min manat təzminat ödəməlidir.

 

Bu gənclər, 2013-cü ildə tutularaq kütləvi iğtişaş təşkil etmə cəhdində təqsirli biliniblər, bir müddət həbsdə yatıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?