Modern.az

Deputatın atası vəzifədən azad olundu

Deputatın atası vəzifədən azad olundu

Aktual

19 Noyabr 2021, 16:32

Deputatın atası vəzifəsindən azad olunub.

Modern.az xəbər verir ki, Oxu.az-ın bununla bağlı məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis polkovnik-leytenantı Xaqani Cəfərov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) Mühafizəsi üzrə Mühafizə Şöbəsinin rəisi vəzifəsindən azad olunub.

Əldə etdiyimiz məlumata görə, o, bir müddət əvvəl vəzifəsindən azad edilib.

Qeyd edək ki, X.Cəfərov Milli Məclisin deputatı Kamal Cəfərovun atasıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?