Modern.az

NATO və Rusiya bir-birlərini İTTİHAM ETDİ

NATO və Rusiya bir-birlərini İTTİHAM ETDİ

Aktual

19 Noyabr 2021, 16:50

“Ukrayna sərhədlərinə yaxın yerlərdə Rusiya qoşunlarının böyük və fövqəladə sıxlığını müşahidə edirik. Proseslərə nəzarət edirik, Ukraynaya dəstək verməyə davam edəcəyik. Rusiyanı vəziyyəti mürəkəbbləşdirməməyə çağırırıq”.

 

Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniya kansleri Angela Merkellə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

 

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün NATO-ya reaksiya verib.

 


O bildirib ki, NATO üzvlərinin kobud təxribatlarına, o cümlədən Ukraynaya dəstək cəhdinə Rusiya göz yummayacaq:

 

“Kiyev Qərb dövlətləri ilə birlikdə son vaxtlar getdikcə “Rusiya təcavüzü”nün gücləndiyini bəyan edir. Amma bu onlar üçün təhlükəli olacaq”.

Xarici İşlər naziri Qərb mətbuatında Rusiyanın sərhədə qoşun yığması ilə bağlı yayılan xəbərləri təkzib edib.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?