Xalq Hərəkatının tanınmış simalarından biri, Azərbaycanın Rusiyadakı keçmiş səfiri, mərhum müsavatçı Hikmət Hacızadənin vəfatından 1 il ötür.
Modern.az xəbər verir ki, bu gün Hikmət Hacızadənin məqalə və müsahibələrindən ibarət kitabının təqdimat mərasimi keçirilib. Kitab "Demokratiyaya gedən uzun yolda" adlanır.
Noyabrın 19-da, Müsavat Partiyasının qərargahında keçirilən tədbirdə İsa Qəmbər, Sabit Bağırov, Bahar Hacızadə, Adnan Hacızadə, Gülağa Aslanlı, Adil Qeybulla, Tofiq Yaqublu və Mehman Əliyev çıxış ediblər.
Çıxışlarda Hikmət Hacızadənin Azərbaycanın milli-azadlıq hərəkatında və ictimai fikrin formalaşmasında rolu barədə danışılıb.