Modern.az

Statistika Şurasının yeni tərkibi - SİYAHI

Statistika Şurasının yeni tərkibi - SİYAHI

Aktual

19 Noyabr 2021, 21:13

Nazirlər Kabineti Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibini təsdiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

 

“Statistika haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 fevral tarixli 360 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq, Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının səlahiyyət müddətinin bitdiyini nəzərə alaraq, onun yeni tərkibi müəyyən edilib:

 

Şuranın sədri:

 

Budaqov Tahir Yaqub oğlu - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

 

Şuranın üzvləri:

 

İsmayılov Rafiq Səlim oğlu - Azərbaycan Respublikası MaliyyəNazirliyinin Aparatının Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini

 

Həsənli Anar Tarif oğlu - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının Makroiqtisadi proqnozlaşdırma və təhlil şöbəsi
müdirinin müavini

 

Rəhimli Elşən Moqif oğlu - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsi rəisinin müavini

 

Əhmədov Əzizağa Nəriman oğlu - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin Gömrük Statistikası İdarəsinin rəisi

 

Nəsirov Samir Şahmur oğlu - Azərbaycan Respublikası Mərkəzi Bankının Statistika departamentinin direktoru

 

Tağıyev Çingiz Həsən oğlu - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi şöbəsinin müdiri

 

Hümbətov Fuad Dursun oğlu - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları MilliKonfederasiyasının Baş katibinin müavini

 

İsaxanlı Hamlet Abdulla oğlu - “Xəzər” Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri

 

Yaqubov Sakit Məmədi oğlu - Azərbaycan Dövlət İqtisad Universitetinin Elm üzrə prorektoru

 

Muradov Allahyar Niyaz oğlu - Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini

 

İsmayılov Dağbəyi Mirzəxan oğlu - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini

 

Qaraşov Fərhad Arif oğlu - “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri

 

Quliyev Aydın Alqulu oğlu - “Bakı-Xəbər” qəzetinin baş redaktoru

 

İbrahimov Zaur İbrahim oğlu - Azərbaycan Respublikasının QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü

 

Şuranın katibi:

 

Əhmədli Hikmət Bakir oğlu - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Statistika işlərinin əlaqələndirilməsi və strateji
planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?