Modern.az

İrəvan-Qafan aviareysi LƏĞV EDİLİR

İrəvan-Qafan aviareysi LƏĞV EDİLİR

Aktual

19 Noyabr 2021, 22:16

“Noveir” aviaşirkəti oktyabrın 20-də İrəvan-Qafan-İrəvan marşrutu ilə daha iki qeyri-müntəzəm reysə icazə verməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə ərizə təqdim etmişdi.

 

Modern.az erməni KİV-ə istinadən xəbər verir ki, şirkət Mülki Aviasiya Komitəsinə təqdim etdiyi İrəvan-Qafan reysləri ilə bağlı müraciətini ləğv edib.

 

Məlumata görə, şirkət 2022-ci il yanvarın 20-dən sentyabrın 20-dək L410 təyyarəsi ilə uçuşlar həyata keçirməyi planlaşdırırdı.

 

“Şirkət noyabrın 16-da sorğunun ləğvi ilə bağlı vəsatət yazdığı üçün yuxarıda qeyd olunan müraciətə komitə tərəfindən baxılmayıb”, - deyə Mülki Aviasiya Komitəsindən bildirilib.

 

Xatırladaq ki, İrəvan-Qafan-İrəvan müntəzəm reysləri ilə bağlı məlumat noyabrın 11-də ortaya çıxıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?