Türkiyənin istehsalı tamamlanan “TürkSAT 5B” peyki bu ilin dekabr ayında orbitə buraxılacaq.
Modern.az xəbər verir ki, “TürkSAT 5B” süni peyki ABŞ-ın Florida ştatındakı “Canaveral” kosmodromundan “Falcon-9” kosmik daşıyıcısı ilə kosmosa göndəriləcək.
Genişzolaqlı məlumat ötürmə qabiliyyəti ilə peyk Yaxın Şərq, Körfəz, Qırmızı dəniz, Aralıq dənizi, Şimali və Şərqi Afrika, Nigeriya, Cənubi Afrika və qonşu ölkələr də daxil olmaqla geniş əhatə dairəsində xidmət göstərəcək. Bununla Türkiyənin peyk məlumat həcmi 15 dəfə artacaq.
“TürkSAT 5B”nin istifadə müddətinin 35 ildən çox olacağı ehtimal edilir.
Akif İsmayılov