Modern.az

Şahmatçılarımızdan növbəti QƏLƏBƏ

Şahmatçılarımızdan növbəti QƏLƏBƏ

Aktual

19 Noyabr 2021, 23:22

Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında kişilərdən ibarət komandamız növbəti qələbəsini qazanıb.

 

Modern.az xəbər verir ki, komandamız yeddinci turda Niderland yığması ilə qarşılaşmada 2,5:1,5 hesablı qələbə əldə edib. Komandamızın qələbəsində Nicat Abasovun rəqibini məğlub etməsi həlledici rol oynayıb. Digər şahmatçılarımız Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynovun qarşılaşmaları heç-heçə ilə başa çatıb.

 

Qadınlardan ibarət yığmamız isə turnirin reytinq favoriti olan Rusiya yığması ilə üz-üzə gəlib. Komandamız qarşılaşmanı 1:3 hesablı məğlubiyyətlə başa vurub.

 

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Doqquz turdan ibarət olan çempionat noyabrın 21-dək davam edəcək.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?