Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 218 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 356 563 nəfərdən test götürülüb, onların 23 810-nun testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 28749 nəfəri sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 90,24%-nə bir doza, 80,52%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub
Akif İsmayılov