Türkiyə Prezidentinin mətbuat İbrahim Kalın və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan arasında telefon danışığı baş tutub.
Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, tərəflər G20 ölkələrinin sammitində Türkiyə və ABŞ prezidentləri arasında razılaşdırılmış ortaq strateji mexanizmin detalları müzakirə ediblər.
Telefon danışığı zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, müdafiə sahəsində əməkdaşlığın inkişafı, qlobal və regional məsələlər (Əfqanıstandakı siyasi vəziyyət və humanitar yardım, Suriyanın ərazi bütövlüyü və terrorizmə qarşı mübarizə, Liviyadakı siyasi proseslər və seçkilər, Belarus-Polşa sərhədində və Şərqi Aralıq dənizindəki gərginlik) müzakirə edilib.
Tərəflər, həmçinin Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsində sülhün və sabitliyin daimi olması ilə bağlı müzakirələr aparıblar.