Modern.az

Gürcü deputatlar aclığı DAYANDIRDILAR

Gürcü deputatlar aclığı DAYANDIRDILAR

Aktual

20 Noyabr 2021, 08:23

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin Qori şəhərindəki hərbi hospitala köçürülməsi ilə bağlı məlumatlar yayıldıqdan sonra “Vahid Milli Hərəkat” – birləşmiş müxalifət fraksiyasının 9 üzvü aclıq aksiyasını dayandırdıqlarını elan ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə həmkarları ilə birlikdə noyabrın 14-dən aclıq aksiyası keçirən Akaki Minaşvili bildirib.

 

"Bir neçə dəqiqə əvvəl biz Gürcüstanın üçüncü prezidentinin vəkili Nika Qvaramiyanın bəyanatını eşitdik. Həmin bəyanatda Saakaşvili Qori xəstəxanasına getməyə və aclıq aksiyasını dayandırmağa razı olduğunu çox aydın şəkildə ifadə edib. Buna əsaslanaraq aclıq aksiyasına son qoyuruq”, - Minaşvili qeyd edib.

 

Bundan əvvəl Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib ki, hakimiyyət Saakaşvilini Qori şəhərindəki hərbi xəstəxanaya köçürməyə hazırdır, lakin bunun üçün xəstənin razılığı lazımdır. Daha sonra Qvaramiyanın vəkili bildirib ki, Saakaşvili transferlə razılaşıb və xəstəxanaya aparılan kimi aclıq aksiyasını dayandıracaq.

 

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidəki 12 saylı həbsxanaya yerləşdirilmiş siyasətçi noyabrın 8-də Tbilisidəki Qldani türməsinin müalicə müəssisəsinə yerləşdirilib. Artıq 50 gündür aclıq aksiyası keçirən keçmiş prezidentin ötən gün vəziyyəti pisləşib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?