Modern.az

Daxili Qoşunların Vətən müharibəsində təltif olunan HƏRBÇİLƏRİ

Daxili Qoşunların Vətən müharibəsində təltif olunan HƏRBÇİLƏRİ

Aktual

20 Noyabr 2021, 12:50

“Vətən müharibəsində Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfəri isə yaralanıb”.

 

Modern.az xəbərinə görə, bunu Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların Baş İdarəsində keçirilən əməliyyat müşavirəsində çıxışında deyib.

 

O bildirib ki, Vətən müharibəsində göstərdikləri şücaətə görə Ali Baş Komandanın müvafiq sərəncamları ilə 4 hərbi qulluqçu “Vətən Müharibəsi Qəhrəmanı”, 985 nəfəri isə müxtəlif orden və medallarla təltif edilib:

 

“Müharibədən sonrakı ötən bir il ərzində şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilib, qazilərimiz diqqət mərkəzində saxlanılıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?