Modern.az

Oğrunun digər cinayəti də üzə çıxdı

Oğrunun digər cinayəti də üzə çıxdı

Aktual

20 Noyabr 2021, 14:32

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən silsilə oğurluq edən şəxslər müəyyən edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən xəbərə görə, noyabrın 12-də Hövsan qəsəbəsi ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və çərçivə dayaqlarını, həmçinin rayon ərazisindəki bir evdən 2 560 manat dəyərində inşaat materiallarını oğurladığına görə tutulan R.Məmmədovun ətrafında əməliyyat tədbirləri aparılıb.

 

Belə ki, onun T.Həmidov və digər bir nəfərlə birlikdə noyabrın 9-da rayon ərazisində kirayədə yaşayan bir qadının mənzilinə daxil olub hədə-qorxu gəlməklə 1 700 manat pulunu və 2 000 manat dəyərində qızıl-zinət əşyalarını almaları da müəyyən edilib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Həmidov da saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!