Modern.az

III doza vaksin vurduranlar 700 mini ÖTDÜ

III doza vaksin vurduranlar 700 mini ÖTDÜ

Aktual

20 Noyabr 2021, 16:40

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 072 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 482, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 842, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 21 748 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 267 178, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 047 093, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 519 516, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 700 569 təşkil edir.

 

 
Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?