Modern.az

Rusiya və Özbəkistan arasında 18 sənəd imzalandı

Rusiya və Özbəkistan arasında 18 sənəd imzalandı

Aktual

20 Noyabr 2021, 17:14

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla özbəkistanlı həmkarı Əbdüləziz Kamilov arasında telefon danışığı olub.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, tərəflər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Rusiyaya səfərinin yekunlarını müzakirə ediblər.

 

“Nazirlər Özbəkistan Prezidenti Mirziyoyevin səfər ərəfəsində Moskvaya səfəri zamanı əldə olunmuş razılaşmaların genişmiqyaslı xarakterini qeyd ediblər. Moskva və Daşkənd arasında xarici siyasət koordinasiyasının artırılması razılaşdırılıb”, - məlumatda bildirilib.

 

Qeyd edək ki, Rusiya və Özbəkistan prezidentləri Vladimir Putin və Şavkat Mirziyoyev arasında danışıqların yekunu üzrə 18 sənəd imzalanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?