Modern.az

Sabiq baş nazirin ölkədən çıxışına QADAĞA

Sabiq baş nazirin ölkədən çıxışına QADAĞA

Aktual

20 Noyabr 2021, 17:40

Bişkek məhkəməsi Qırğızıstanın keçmiş baş naziri Temir Sarıyevin həbs-qətimkan tədbirini ölkədən getməmək barədə şəhadətnamə ilə əvəz edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, Sariyev 2015-2016-cı illərdə hökumətə rəhbərlik edib, bu il avqustun 3-də Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları onu saxlayıblar. Keçmiş nazir ölkənin ən böyük qızıl mədəni “Kumtor”un işlənməsi zamanı korrupsiya sxemlərində iştirak etməkdə ittiham edilir.

 

Kumtordakı korrupsiya işində parlamentin keçmiş spikeri Asilbek Jeenbekov, keçmiş baş nazirin birinci müavini Tayirbek Sarpashev və bir neçə deputatın da adı var.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?