Modern.az

İranda əhalinin 85 faizinə peyvənd vurulub

İranda əhalinin 85 faizinə peyvənd vurulub

Aktual

20 Noyabr 2021, 17:47

İranda əhalinin 85 faizinin peyvəndlənməsi koronavirusun yayılmasının və ölüm hallarının azalmasının əsas səbəbidir.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. Nəzərə çatdırılır ki, bu günə kimi 100 milyon doza peyvənd istifadə olunub.

 

Nazirliyin açıqlamasında o da vurğulanıb ki, son 24 saat ərzində ölkə ərazisində 3 min 539 nəfər koronavirusa yoluxub, 118 nəfər isə bu xəstəlikdən ölüb. Halbuki, ötən ay gündəlik yoluxanların sayı 6 mindən, ölənlərin sayı isə 200-dən çox olurdu.

 

Hazırda İranda virusa yoluxanların ümumi sayı 6 milyon 73 min 98 nəfərə. Ölənlərin ümumi sayı isə 128 min 852-ə çatıb. Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 3 min 416 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 5 milyon 771 min 363 xəstə sağalaraq evə buraxılıb.

 

Nəzərə çatdıraq ki, 22 aydan sonra bu gün ilk dəfə olaraq futbol azarkeşləri stadiona buraxılıb. Koronavirusa qarşı mübarizə qərargahı Tehranın “Azadi” stadionunda keçiriləcək “Mazandaran” və “İstiqlal” komandalarının oyununu seyr etmək üçün icazə verib.

 

Qurumun qərarına əsasən idman oyunlarını seyr etmək qadağası aradan qaldırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?