Modern.az

Bakıda və Qəbələdə YANĞIN

Bakıda və Qəbələdə YANĞIN

Aktual

22 Noyabr 2021, 09:10

Bakı şəhərinin Sabunçu rayonunda "Opel" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Qəbələ rayonunun Bum qəsəbəsində ümumi sahəsi 60 m² olan fəaliyyət göstərməyən birmərtəbəli taxta emalı sexinin (talvar tipli) taxtadan ibarət döşəməsi və içərisinə yığılan yonqar yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?