Modern.az

Metroda cibgir saxlanıldı

Metroda cibgir saxlanıldı

Aktual

22 Noyabr 2021, 11:36

Bakı metrosunda qadının telefonunu oğurlayan şəxs məsuliyyətə cəlb olunub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, metroda qadın sərnişin E.N-nın mobil telefonunu cibgirlik yolu ilə oğurlayan şəxs, 1975-ci il təvəllüdlü Sahil Həbibov müəyyən olunaraq tutulub.

 

Bildirilib ki, metro polisinin cinayət axtarış qrupu tərəfindən oğurlanan telefon maddi sübut kimi götürülüb, sahibinə qaytarılması təmin olunacaq.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi