Modern.az

 “Azəriqaz” yeni sayğaclar quraşdırır

 “Azəriqaz” yeni sayğaclar quraşdırır

Aktual

10 Dekabr 2021, 15:04

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yeni nəsil sayğacların tətbiqinə başlayacaq.

 

Bu barədə Modern.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

 

Bildirilir ki, yeni nəsil qaz sayğacları indiyədək tətbiq olunanlardan bir çox üstünlükləri ilə fərqlənəcək. Belə ki, sayğaca quraşdırılacaq xüsusi cihaz vasitəsi ilə insan faktoru olmadan, abonentlərlə Birlik əməkdaşlarının təması olmadan sərfiyyat və müdaxilələrə nəzarət imkanı olacaq.

 

Mərkəzləşdirilmiş sistem imkan verəcək ki, abonentlər ödənişlərini onlayn qaydada həyata keçirsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...