Modern.az

Qarabağda sahibkarlara güzəştlər veriləcək

Qarabağda sahibkarlara güzəştlər veriləcək

Aktual

10 Dekabr 2021, 16:45

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlər müəyyən ediləcək.

 

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamda əksini tapıb.

 

Sərəncamla Nazirlər Kabinetinə bu istiqamətdə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı