Lerik rayonun Soru kəndində Şəhidlərin şərəfinə ucaldılmış “Şəhidlər bulağı” abidə kompleksinin açılışı olub.
Modern.az xəbər verir ki, açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Yeni Azərbaycan Partiyası Lerik rayon Təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidlərin yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə kənd qəbristanlığında dəfn olunan şəhidlərimizin məzarını ziyarət edib, əziz xatirələrinə dua oxuyublar.
Daha sonra kəndin girəcəyində inşa olunmuş “Şəhidlər bulağı” abidə kompleksinin açılışını ediblər.
Tədbirdə çıxış edənlər, Vətənimizin müdafiəsi uğrunda canlarından keçən Şəhidlərimizin həyatından bəhs edib, onların döyüş yolundan danışıblar.
Qeyd edək ki, Lerik rayonu Vətən müharibəsində 50-dən çox şəhid verib. Şəhid qəhrəmanlarımızdan 3-ü məhz Lerikin Soru kəndindəndir.
Allah şəhidlərimizə rəhmət eləsin!