Modern.az

Koronavirus xəstəsi avtobus sürür - VİDEO

Koronavirus xəstəsi avtobus sürür - VİDEO

Aktual

10 Dekabr 2021, 19:03

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti profilaktik tədbir zamanı aktiv koronavirus xəstəsi kimi qeydiyyata alınan amma buna baxmayaraq sərnişin avtobusu idarə edən sürücü aşkar edilib. 

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları 523 saylı marşurut xətti ilə hərəkət edən avtobusun sürücüsü Abşeron rayon sakini Fəyal İlyasovun aktiv koronavirus xəstəliyinin daşıyıcısı ola-ola evdə məcburi müalicəyə cəlb edilməsinə baxmayaraq işə çıxdığını və avtobus idarə etdiyini müəyyən ediblər. 

 

Sərnişinlərin həyatını real təhlükə altına qoyan sürücü polislər tərəfindən tibbi prosedurlar gözlənilməklə xəttdən kənarlaşdırılıb və yaşadığı ünvana qaytarılıb. Fəyal İlyasov barəsində Abşeron Rayon Polis İdarəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar başlanılıb. 

 

Araşdırmaların sonunda onun etdiyi əmələ hüquqi qiymət veriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı