Modern.az

Ermənistanda müxalif siyasətçi həbs edildi

Ermənistanda müxalif siyasətçi həbs edildi

Aktual

10 Dekabr 2021, 20:14

Ermənistanın Vardenis bölgəsinin keçmiş meri, müxalif siyasətçi Aram Hautyunyan həbs edilib.

 

Modern.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb.

 

Vəkil bildirib ki, bu qərar müxalifətin birləşərək hakim “Vətəndaş müqaviləsi” partiyasına Vardenisə öz merini seçmək imkanı verməməsinə görə qəbul edilib. Ohanyanın sözlərinə görə, qərardan apellyasiya şikayəti verəcəklər. 

 

Xatırladaq ki, Harutyunyan dünən saxlanılıb. İstintaq Komitəsi bildirib ki, ona qarşı irəli sürülən cinayətlər onun 2004-2017-ci illər ərzində sosial yardım xidmətinin Vardenis ərazi idarəsinin rəisi kimi fəaliyyəti ilə bağlıdır. O, 231,9 milyon dram (təxminən 465 min dollar) mənimsəmədə günahlandırılır. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı