Norveçli məşhur şahmatçı Maqnus Karlsen rusiyalı Yan Nepomnyaşi ilə dünya çempionu titulu uğrunda mübarizə aparıb.
Modern.az xəbər verir ki, Nepomnyaşi 39-cu gedişdə təslim olmaq məcburiyyətində qalıb.
31 yaşlı qrossmeyster rəqibi üzərində 7,5:3,5 hesabı ilə qələbə qazanıb və çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib.
Qeyd edək ki, Maqnus Karlsen ilk dəfə 2013-cü ildə dünya şahmat tacına yiyələnib. O, hindistanlı Vişvanatan Anandı məğlubiyyətə uğradıb.