ABŞ-da irqçiliklə mübarizənin simvollarından biri olan və 21 fevral 1965-ci ildə öldürülən Malkolm İksin Massaçusets ştatında həbsdə olan zamanı saxlanıldığı kamera kitabxanaya çevrilib.
Modern.az xəbər verir ki, kamera avtomobil oğurluğuna görə mühakimə olunan və həbs edilən vəkil Reqinald Duaynın layihəsi çərçivəsində dəyişdirilib.
Layihəsi çərçivəsində o, ABŞ həbsxanalarında min kiçik kitabxana açmağı hədəfləyir.
Malkolm İks həbsdə olduğu günlərdə saatlarının çoxunu kitab oxumaqla keçirdiyini bildirmişdi.
Amerikalı müsəlman siyasətçi və hüquq müdafiəçisi Malkolm İks Nyu-Yorkda keçirilənm mərasim ailəsinin gözü qarşısında öldürülüb. Sui-qəsdlə bağlı Məhəmməd Əziz və Halil İslamdan başqa Tomas Hoqan adlı üçüncü şəxs də ömürlük həbs cəzasına məhkum edilib.
Akif İsmayılov