Modern.az

Tahir Budaqovdan YAP-çı deputatlarla bağlı AÇIQLAMA

Tahir Budaqovdan YAP-çı deputatlarla bağlı AÇIQLAMA

Aktual

11 Dekabr 2021, 10:47

Yeni Azərbaycan Partiyasının sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hakim partiyanının parlament fraksiyasının fəaliyyətini dəyərləndirib.

 

Modern.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında YAP-ı təmsil edən deputatların üzərlərinə düşən vəzifələri kifayət qədər yerinə yetirdiklərini deyib.

 

T.Budaqovun sözlərinə görə, Milli Məclisdə YAP-ı təmsil edən deputatlar vətəndaşları narahat edəb taleyüklü problemlərin həllində öz mövqelərini daim ortaya qoyurlar: "Eyni zamanda Azərbaycanda qanunvericilik prosesləri uğurla icra olunur. Azərbaycan bu gün ən qabaqcılı və mütərəqqi qanunvericilik sisteminə malik olan ölkələrdəndir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...