Modern.az

Gürcüstandan Rusiyaya ETİRAZ

Gürcüstandan Rusiyaya ETİRAZ

Aktual

11 Dekabr 2021, 11:49

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya XİN-nin ötəngünkü bəyanatına etiraz bildirib.

 

Modern.az xəbər verir ki, XİN Moskvanın NATO-nu Gürcüstan və Ukraynanın Alyansa daxil olması planlarından imtinaya çağırmasını qəbuledilməz hesab edir.

 

Nazirlikdən qeyd olunub ki, 2008-ci ilin aprelin 3-də NATO-nun Buxarest sammitində Gürcüstan və Ukraynanın Alyansa üzv olmasına dair qərar qəbul olunub:

 

“Bu qərar konsensus, bütün dövlətlərin öz xarici siyasət kursunu seçməklə bağlı suveren hüququnun olmasını təsbit edən beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmış olduqca mühüm siyasi qərardır”.

 

XİN Gürcüstanın NATO-ya üzvlüyünü ölkə əhalisinin mütləq əksəriyyətinin dəstəklədiyini və bu məqsədin Konstitusiyada da əks olunduğunu vurğulayıb:

 

“Üçüncü tərəfin Buxarest sammitinin qərarına yenidən baxılması ilə bağlı istənilən bəyanatı beynəlxalq hüququn başlıca prinsip və normalarına ziddir və XİN üçün qəbuledilməzdir”.

 

Qeyd edək ki, Rusiya XİN-nin ötən gün yaydığı bəyanatda bildirilib ki, Avropa təhlükəsizliyinin əsas maraqları çərçivəsində NATO-nun Buxarest sammitinin Ukrayna və Gürcüstanın Alyansa üzvlüyə qəbulu ilə bağlı qərarı rəsmən etibarsız hesab edilməlidir. NATO-nun Baş katibi Yens Stoltenberq öz növbəsində Rusiyanın tələbini yerinə yetirməkdən imtina edib. O, Alyansın məsələ ilə bağlı mövqeyinin dəyişməz qaldığını qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı